Leonardo Di Kaprioya həsr olunan film çəkiləcək

Mədəniyyət




Altay diyarının Soltonski rayonunda aktyor Leonardo Di Kaprionun macəralarından bəhs edən film çəkiləcək.

Kristina Holdeyevanın mokyumentari (psevdosənədli) janrında çəkəcəyi “Leo, bizdə Sibir şəraitidir” filmi sənətçinin mükafat almağa getməsi, yolda azması, sevgisini tapması və Lenin rolunu qazanmasından bəhs edəcək.

Di Kaprionu yakutiyalı aktyor Aleksandr Yasen canlandıracaq.

Müəlliflər bildiriblər ki, onlar Sibirdəki sadə insanların hər şeyə sahib olan bir dünya ulduzunun həyatını necə dəyişdirə bildiyinə dair mənzərə yaratmaq istəyirlər.

Mənbə: Gazeta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir