Ləğv prosesində olan bankın əmanətçilərinin DİQQƏTİNƏ – Son 11 gün

Cəmiyyət




Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Bankın ləğvedicisi təyin edilib.

ƏSF xəbər verir ki, “Günay Bank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinin yeri və vaxtı haqqında məlumat verilməsinə dair ilk bildiriş 26.05.2023-cü il tarixdə KİV-lərdə dərc edilib.

“Əmanətlərin sığortalanması haqqında” Qanunun tələblərinə uyğun olaraq Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun tələblərinə əsasən, “Günay Bank” ASC-nin qorunan əmanətçiləri üçün bu müddət bu ilin mayın 26-da bitir. Bildirilir ki, kompensasiyaların ödənilməsi “Bank Respublika” ASC vasitəsilə həyata keçirilir.

“Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə sözügedən bir il müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır”, – məlumatda deyilir.

Qeyd edilir ki, ötən ilin iyun ayının 19-dan cari ilin may ayının 14-dək “Günay Bank” ASC-nin 2200 əmanətçisinə 34 milyon 248 min 697 manat ekvivalentində (ümumi kompensasiya öhdəliyinin 97,45%-i) kompensasiya ödənişi həyata keçirilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir