

İtalyanın Roma şəhərində UNESCO avropa folklor musiqi festivalları assosiasiyası EAFF və Bridges festivalları fondunun təşkil etdiyi STELLE DI ROMA 2024 beynəlxalq müsabiqədə ölkəmizi təmsil edən kamança ifaçısı Pərviz Fərhadov müsabiqənin Grand Prix mükafatına layiq görülərək diplom,medal və festivalın kuboku ilə təltif edilib.
Münsiflər heyyəti qismində:
Laviniya Fiorani (İtaliya) London vokal universitenin və İtaliya D’Arte akademiyasının professoru/ Yana Rezkova (Çexiya) bir çox dövlət əhəmiyyətli musiqi tədbirlərinin və məşhur televiziya musiqi verlişlərinin layihə rəhbəri/ Simona Bredi (İtaliya) Pezaro konservatoriyasının simli alətlər kafedrasının müdüri iştirak edib.Festivala İtalyadan,Çexiyadan,Latviyadan,Ruminyadan,Slovakiyadan,Bolqarıstandan,Sloveniyadan,Estoniyadan,Yunanistandan,Macaristandandan və Azərbaycandan musiqiçilər qalıtıblar.
Kamança ifaçısı Beynəlxalq Müsabiqələr Qalibi Pərviz Fərhadov Azərbaycan Milli Konservatoriyasının Müəllimi, Türksoy Xalq çalğı Alətləri Orkestrinin Solisti eləcədə Beynəlxalq Türk Dünyası Gənclər Şürasının üzvüdür
www.102info.az
