İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları: 41 nəfər saxlanıldı – VİDEO

Dünya




Ermənistanın paytaxtı İrəvanda və bir sıra regionlarda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyaları bərpa edilib, şəhər yol qovşaqlarında tıxaclar yaradılıb.

Bu barədə Ermənistan KİV xəbər yayıb.

Məlumata görə, hazırda İrəvanda Xorenatsi küçəsi, Tiqran Mets və Azadlıq prospektləri bağlanıb. Aksiyaçıların Qay prospekti və Qələbə körpüsünü bağlamaq niyyətinin olduğu da bildirilir.

Artıq aksiyaçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaşanıb, 41 nəfər saxlanılıb.

Qeyd edək ki, etirazçılar Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin əleyhinədirlər.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir