“İnter Mayami”dən möhtəşəm geridönüş: Suaresin qolu komandasına kömək etdi – FOTO/VİDEO

Dünya




Mayın 11-dən 12-nə keçən gecə Kanadanın Monreal şəhərindəki Saputo stadionunda “İnter Mayami” səfərdə “Monreal İmpakt”ı məğlub edib.

Oxu.Az xəbər verir ki, MLS matçında azarkeşlər beş qola şahidlik ediblər.

Qonaqlar 2:0 geridə olarkən sonradan üç qol ataraq möhtəşəm geridönüşlə qalib gəliblər. “İnter”in qollarından birinə Suares imza ataraq komandasının qələbəsində pay sahibi olub – 2:3.

Hazırda “İnter Mayami” 13 oyundan sonra 27 xalla MLS turnir cədvəlində birinci yerdədir. 12 xalı olan “Monreal” isə 20-ci yerdə qərarlaşıb.

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir