İlk dəfə Çempionlar Liqasına yüksələn komanda “Mançester Siti”yə görə turnirdə çıxış edə bilməyəcək

Dünya




Tarixində ilk dəfə Çempionlar Liqasına yüksələn İspaniyanın “Jirona” klubu İngiltərənin “Mançester Siti” komandasına görə sözügedən turnirdə çıxış edə bilməyəcək.

Məlumata görə, buna səbəb hər iki kluba eyni şirkətin – “City Football Group”un – sponsorluq etməsidir.

Avropa futbol klubundan Mançester təmsilçisinə göndərilən məktubda bildirilib ki, hər iki komandanın qitənin əsas turnirində iştirakı üçün şirkət klublardan birindəki səhmlərini azaldıb 30 faizdən aşağı salmalıdır. Əks təqdirdə isə “Jirona” klubu UEFA Avropa Liqasında çıxış etməli olacaq.

Mənbə: Apnews.com

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir