“Hizbullah” İsrailə rekord sayda raket atdı

Dünya




“Hizbullah” partiyasının silahlı qüvvələri 24 saat ərzində, 120 kilometrlik sərhəd boyu İsrail ərazisini atəşə tutub və Colan təpələrində bir neçə dəfə hərbi hədəflərə hücum edib.

Məlumata görə, təşkilatın döyüşçüləri İsrailin şimalındakı sərhəd bölgələrinə rekord sayda – 200-dən çox raket atıblar. Onlar yeni tip pilotsuz uçuş aparatlarından və iri çaplı raketlərdən istifadə ediblər.

Günorta saatlarında İsrailin Adamit, Liman, Mitsuva, Roş Hanikra, Hanita, Şlomi və Yaara qəsəbələrində hava hücumu xəbərdarlığı səslənib.

İddialara görə, bu hücumlar nəticəsində İsrail hərbçiləri itki veriblər, sərhəddə quraşdırılmış texniki avadanlıqlar, o cümlədən radar stansiyaları və videokameralar sıradan çıxıb.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir