Heydər Əliyev sui-qəsdlərin qarşısını necə aldı? – VİDEO

Siyasət




Baku TV-də yayımlanan “Aydın tarix” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında ümummilli lider Heydər Əliyevin ikinci dəfə həkimiyyətə gələrək Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etməsindən, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırmasından bəhs edilib.

Ulu öndərin xilaskarlıq missiyasından danışan YAP-ın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, Heydər Əliyev hakimiyyətə gələn kimi qayda-qanun yaradıb, idarəetmə sistemini bərpa edib.

“Azərbaycan dağılmaq təhlükəsi qarşısında qalmışdı. Yerindən duran özünü bəy hesab edirdi, silahlı adamlar saxlayırdı. Parlamentin qarşısında pencəyin altında avtomatla gəzənlər var idi. Özbaşınalıq hökm sürürdü”, – deyə o əlavə edib.

Şura sədi onu da söyləyib ki, həmin dövrdə Rusiya rəhbərliyi də Azərbaycana qarşı mənfi fikirdə idi:

“O vaxt Boris Yeltsin Ermənistana bir milyon dollarlıq silah-sursat vermişdi. Azərbaycanın isə ordusu belə yox idi. Heydər Əliyev gələndən sonra isə hərbçilərimiz Zəngilan istiqamətində hücuma keçdilər. Yeltsin zəng edib ultimatum verərək, hücumu saxlamağı demişdi. Heydər Əliyev buna baxmayaraq, onu ram etdi”.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir