Həbs edilən rusiyalı generalın evindən qızıl sikkələr, bahalı əşyalar tapıldı – VİDEO

Dünya




Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin əməkdaşları ötən gün saxlanılan Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsovun evində axtarış aparıblar.

Qeyd olunur ki, aparılan axtarış nəticəsində malikanədən 100 milyon rubldan çox nağd pul, qızıl sikkələr, kolleksiya saatları və dəbdəbəli əşyalar aşkar edilib.

Axtarış zamanı evdə generalın həyat yoldaşı və qızı da olublar. Bildirilir ki, axtarış zamanı hər iki qadının halı pisləşdiyindən hadisə yerinə təcili tibbi yardım xidməti çağırılıb.

Məlumat üçün əlavə edək ki, general külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Günahı sübuta yetiriləcəyi təqdirdə onu 15 ilə qədər həbs cəzası gözləyir.

Mənbə: Mash

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir