Güclü yağış Daşkəsəndə fəsadlar törətdi: Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırıldı

Cəmiyyət




Bölgədə müşahidə olunan yağıntılı hava şəraiti Daşkəsən rayonunda bəzi fəsadlar törədib.

“Report”un məlumatına görə, yağan güclü yağış səbəbindən Daşkəsən şəhərinin və rayonun bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda başqa fəsadların olub-olmadığı ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, güclü yağış nəticəsində Gəncə-Daşkəsən avtomobil yollunda nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir