Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən şəxsin sürücülük hüququ məhdudlaşdırılıb

Yol patrul xidməti

Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən şəxsin sürücülük hüququ məhdudlaşdırılıb.

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən İ.Əhmədov saxlanılıb.
102info.az xəbər verir ki, yol verdiyi qayda pozuntusuna görə saxlanılan sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub.
Məhkəmənin qərarı ilə İ.Əhmədovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.

NURAN SƏLİMOV

102-ci qəzetin şöbə müdiri

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir