Fransada Xurşidbanu Natəvanın vandalizmə məruz qalan heykəlinin bərpadan sonra açılışı olub – FOTO/VİDEO

Mədəniyyət




Fransanın paytaxtı Parisdə XIX əsr tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin açılışı olub.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Mərkəzində baş tutan açılış mərasimində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, fransalı siyasətçilər, iş adamları, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Leyla Abdullayeva Azərbaycanın dahi şairəsinin həyat və yaradıcılığından danışıb. Səfir heykəlin Fransanın Evan Le Bən şəhərində uğradığı vandalizm haqqında qonaqlara məlumat verib.

Heykəlin açılış mərasimində Bakıda anadan olmuş Rusiyada, daha sonra Fransada yaşayıb fəaliyyət göstərən opera ustası Timur Abdikiyev Azərbaycan klassik musiqisindən parçalar ifa edib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir