Fransa Ukraynaya utilizasiya edilməli olan uzaqmənzilli raketləri təhvil verib

Dünya




Fransa Ukraynaya utilizasiya vaxtı çatan uzaqmənzilli “SCALP” raketlərini təhvil verib.

Bu barədə RFI radiostansiyası məlumat yayıb.

Qeyd olunur ki, Fransa arsenallarında iki növ ehtiyat olub: saxlama müddəti başa çatmaqda olan köhnə raketlər və istifadə üçün yararsız raketləri olan “baramalar”.

“SCALP” raketlərini Fransa Hərbi Hava Qüvvələrində döyüşə hazır vəziyyətdə saxlamaq üçün həmin bu “baramalar”dan bəzi hissələr istifadə edilib. Paris onları Kiyevə göndərmək qərarına gəlib.

Raketlərin üç ay ərzində bərpa olunduğu və işin dəyərinin yeni raketin qiymətinin cəmi dörddəbiri qədər olduğu dəqiqləşdirilir.

“Bu, çox səmərəli iqtisadi həll yolu idi, çünki “baramalar”da saxlanılan “SCALP”lar istənilən halda gələcəkdə utilizasiyaya məruz qalırdı”, – deyə məlumatda vurğulanıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir