Fermerlərin uşaqlarının Kəlbəcər və Laçına buraxılması üçün müraciət edildi

Cəmiyyət

Əslən Kəlbəcər rayonundan olan, işğaldan azad edilmiş ərazilərə təsərüffatlarını aparan fermerlərə təmənnasız hüquqi yardım göstərən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Əziz Qənbərov Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli üzrə Əlaqələndirmə Qərərgahının rəhbəri Samir Nuriyevə və qərargahın üzvülərinə müraciət ünvanlayıb.

102info.az Musavat.com istinadən xəbər verir ki, o, müraciətində qeyd edir ki, yaylağa köç edən fermerlərin əsas problemləri ailəsi ilə köç edən fermerlərə 18 yaşından aşağı olan uşaqlarının onlarla getməsinə icazə verilməməsidir: “Əslində bu Fermerlərə haqsızlıqdır. Çünki işğaldan azad edilmiş ərazilərə cənab Prezidentin rəhbərliyi ilə böyük qayıdış başlayıb. Qayıdışda uşaqlar da öz ailələri ilə gedirlər. Mən özüm də hər il Fermerlərin Problemləri ilə maraqlanmaq üçün Kəlbəcər yaylaqlarına gedirəm. Fermerlər adətən kənd ərazilərinə düşdükləri üçün həmin ərazilər də təmas xəttindən də ən azı 8-10 km aralı məsafədədirlər deyə mina və partlamamış sursat təhlükəsi yoxdur. Bu gün minalarla çirklənmiş ən çox ərazi Tərtər, Füzuli və Ağdam rayon ərazilərdiri ki, həmin ərazilərə də köç olub və uşaqlar da gedirlər. Fermerlər 5 ay ərzində övladlarından kənar qala bilmirlər deyə məcburən ailə iki yerə bölünür, çobanlar ailə və uşaqlarını apara bilmədikləri üçün fermerdən 2-3 qat əməkhaqqı tələb edirlər. Bu da fermerləri çıxılmaz bir duruma gətirir. Hesab edirəm ki, bu cür bürokratik əngəllər fermerlərin istehsal etdiyi məhsulların bahalaşmasına da öz təsirini göstərəcəkdir”.

Vəkil bunun çıxış yolnu da göstərir. O təklif edir ki, işğaldan azad edilmiş rayonlara köç edən fermerlər özləri ilə azyaşlı övladlarını apararkən müvafiq qrumlar Onlara mina təhlükəsi barədə xəbərdar edilməklə yazılı iltizam alsınlar və bundan sonra icazə verilsin: “Erməni qəsbkarları ölkəmizin 20%-ni mina ilə çirkləndirdiklərini nəzərə alsaq bu problem bizlərlə hələ 10 illiklər, bəlkədə 100 illiklər davam edəcəkdir”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir