Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Kriminal




Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayəti ilə bağlı bu günə təyin edilmiş məhkəmə prosesi keçirilməyib.

“Qafqazinfo”nun məlumatına görə, buna səbəb cinayət işini araşdıran hakimlərdən birinin – Kamran Muxtarovun səhhətinin qəfil pisləşməsi olub. Belə ki, hakimin təzyiqi yüksəlib, məhkəməyə təcili yardım briqadası çağırılıb.

Həkim müayinəsindən sonra hakimin hələlik işini davam etdirməsi məqbul hesab olunmayıb.

Məhkəməyə sədrlik edən hakim Elnur Nuriyev prosesin gələn həftəyə kimi təxirə salındığını elan edib. 

Qeyd edək ki, millət vəkili Fazil Mustafa ötən ilin martında güllələnib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Təqsirləndirilən beş nəfərə – Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Rəşad Əhmədov və Elşad Əsgərova qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir