Everesti fəth edən nepallı alpinistdən dünya rekordu

Dünya




Nepallı alpinist Kami Rita 29-cu dəfə Everesti fəth edərək, dağa uğurlu qalxma sayına görə özünün müəyyən etdiyi dünya rekordunu yeniləyib.

Bu barədə alpinistin işlədiyi dağ ekspedisiyası şirkətinin nümayəndəsi məlumat verib.

54 yaşlı alpinist və bələdçisi təxminən 30 nəfərdən ibarət komandanı müşayiət ediblər. Kami Rita ilk dəfə Everest zirvəsinə 1994-cü ildə, 24 yaşında olarkən çıxıb. Bu gün zirvəyə qalxmazdan əvvəl o, rekordla bağlı konkret hədəfinin olmadığını söyləyib.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir