Ehtiyyat hissələri satarkən aldatmayın, alarləkən isə aldanmayın!

Yol patrul xidməti

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli:

Bütünlükdə dünyada olduğu kimi ölkəmizdə də avtomobil həvəskarları və bu həvəsdən formalaşan biznes mühitini dəyərləndirib sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər var. Hər bir şəxsin isə bu sahələrdəki fəaliyyəti və məsuliyyəti qanunların tələbi ilə formalaşır. Təəsüflər olsun ki zaman-zaman istismar qaydalarının pozulması, eləcədə normativ tələblərə riayət edilmədən quraşdırılan avadanlıqlar Dövlət Yol Polisi tərəfindən avtomobilin təchizatında aşkarlandıqda və bununla bağlı qanuni tədbir görüldükdə bizə belə suallar ünvanlanır ki bəs həmin avadanlıqlar nə üçün satılır və ya onu satanlar barədə niyə tədbir görülmür. Bu məsələyə aydınlıq gətirmək üçün bildirməliyik ki satışı qadağan olan məhsulla təyinatı üzrə düzgün formada quraşdırılmayan və ya istifadəsi qadağan edilən, həmçinin istismar qaydalarını pozaraq məsuliyyət yaradan hallar tamamilə ayrı alnayışlardır. Yəni ehtiyyat hissələri misal üçün işıq cihazları, avtomobil üçün yaylar, sükan sistemləri, təkərlər (ölçüyə uyğun olmadan quraşdırılarkən)və ya digər formada sayrışan işıqlar, çox avazlı səs siqnalları kustar metodlarla hazırlanmış pərdələr, səs boğucu qurğular və digərləri məsuliyyəti o zaman yaradır ki şəxs ya onu səhv formada quraşdırır və ya qadağan edildiyi halda istifadə edir. Təbii ki bu növ avadanlıqları və ya ehtiyyat hissələrini satan şəxslərdə onun istismarında yarana biləcək problemləri nəqliyyat vasitəsinə uyğun olub olmaması barədə vicdanlı şəkildə istehlakçıya izah etməlidir. Lakin bu ehtiyyat hissələrini alıb, quraşdırıb və nəticədə qayda pozuntusuna yol verən şəxslərdə sonradan yaranan məsuliyyətsizliklərinə “bilmirdim” kimi ifadələrlə haqq qazandıra bilməzlər çünki qanun bilməməyə görə heç kimi məsuliyyətdən azad etmir. Satıcı əgər məhsul barədə düzgün izah verirsə alıcıda qarşılığında buna məhəl qoymursa bu artıq daha təhlükəli vəziyyət yaradır və qanun keşikçisidə belə hallarla mübarizə aparmağa borcludur. İstər müxtəlif məhsulları satanlar, istər onu quraşdıranlar, istərsədə alıcılar öz maddi maraqlarını qanuni maraqlardan üstün tutmaqla cəmiyyətin yol hərəkəti təhlükəsizliyi kimi həyati əhəmiyyətli marağını təhdid altında qoymamalıdır!
Hörmətli sürücülər, nəzərə alın ki istismar qaydasını pozaraq idarə etdiyiniz avtomobil normal halda inzibati məsuliyyət yaradırsa, qəza baş verdikdən sonra isə onun nəticələrinə görə həmin vəziyyət Sizi hətda cinayət məsuliyyəti ilə belə üz-üzə qoya bilər. Kimisi avtomobilə olan marağına, kimisi isə maddi marağına görə bu proselərdən kənarda qalan və təhlükəsiz yaşamaq hüququna malik olan vətəndaşlarımıza heç bir formada təhlükə yaratmamalı və düzgün olmayan hərəkətlərin nəticəsində əlavə narahatçılıq və narazılıqdan vaxtında çəkinməlidir. Avtomobil gün ərzində birimizin nəqliyyat ehtiyacını ödədiyi halda digərnin isə həyatda keçimini qarşılayır. Ona görədə istismarınızda olan nəqliyyat vasitələrinə lazımsız müdaxilələr etməklə əlavə məsuliyyət qarşısında qalmaq əvəzinə, cərimələrə və ya qadağan olunmuş avadanlıqlara ödəyəcəyiniz vəsaiti vaxtlı-vaxtıda avtomobilinizin texniki sazlığına və doğmalarınızın ehtiyaclarına xərcləyin ki özünüzün və ətrafdakıların həyatı təhlükəsiz olsun!

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir