2024-cü il mayın 11-də Şəki Dövlət Yol Polis Bölməsi ilə Şəki Asan Xidmət Mərkəzinin birgə təşəbbüsü ilə “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu”, “Nəqliyyat vasitələrinin sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi hallarının yol verilməzliyi” və “Cari ilin noyabr ayında məhz ölkəmizdə keçirilməsi nəzərdə tutulan BMT –nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasında bir sıra problemlərin həllinə yönəlmiş tədbirlər” mövzularında Şəki Asan Xidmət Mərkəzində maarifləndirici tədbir keçirilib.
Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Şəki Asan Xidmət Mərkəzinin əməkdaşları və könüllüləri iştirak ediblər.
Qeyd olunan mövzularla bağlı çıxış edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirin yekununda, Şəki Asan Xidmət Mərkəzinin könüllülər üzrə məsul şəxsi Aylin Manaflı belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, maarifləndirici tədbirin keçirilməsinə görə mərkəzin kollektivi adından polis baş leytenantı Tural Niftalıyevə minnətdarlığını bildirib.





www.102info.az
