Dünyanın ən çox qazanan idmançıları – İLK ONLUQ

Dünya




Portuqaliyalı futbolçu Kriştianu Ronaldu “Forbes” jurnalının versiyasına görə dünyanın ən çox qazanan idmançıları reytinqində birinci yeri tutub.

Reytinq nəşrin rəsmi saytında dərc olunub.

Səudiyyə Ərəbistanı təmsilçisi olan “Ən-Nəsr”in hücumçusu bir ildə 260 milyon dollar qazanıb ki, bunun da 200 milyon dolları onun klubdakı maaşı, 60 milyon dolları isə reklam müqavilələridir.

“Forbes” qeyd edib ki, bu rəqəm futbolçular üçün rekorddur.

Ronaldu karyerasında dördüncü dəfə bu reytinqə başçılıq edir.

Ən çox qazanan idmançılar siyahısında ikinci yeri ispan qolfçu Con Ram tutub. Onun qazancı 218 milyon dollar təşkil edib. Üçüncü yerdə 135 milyon dollar qazanan ABŞ-nin “İnter Mayami” klubunun argentinalı futbolçusu Lionel Messi qərarlaşıb.

İlk onluqda həmçinin “Los Anceles Leykers”in basketbolçusu LeBron Ceyms (128,2 milyon dollar), “Miluoki” basketbolçusu Yannis Adetokunmpo (111 milyon dollar), PSJ futbolçusu Kilian Mbappe (110 milyon dollar), “Əl-Hilal” futbolçusu Neymar (108 milyon dollar), “Əl-İttihad” futbolçusu Kərim Beznzema (106 milyon dollar), “Qolden Steyt” basketbolçusu Stiven Karri (102 milyon dollar) və “Baltimor”da çıxış edən ABŞ-li futbolçu Lamar Cekson (100,5 milyon dollar) təmsil olunublar.

Nəşrin qeyd etdiyi kimi, reytinqin ilk onluğuna daxil olan bütün idmançılar ilk dəfə olaraq 100 milyon dollardan çox qazanıblar.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir