Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü – VİDEO

Siyasət




Əslən Laçından olan 88 yaşlı Şərqiyyə nənə doğma yurdunun işğalından sonra ailəsi ilə birgə Bərdənin Zümrüxan kəndində məskunlaşıb.

Bütün ömrünü əməyə həsr edən Şərqiyyə nənə ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini Baku TV ilə bölüşüb:

“Heydər Əliyevlə 31-ci Qurultayda görüşdük. Çox səmimi, zəhmətkeşi çox istəyən adam idi. Dedim ki, mən çox uzaq yerdən gəlmişəm, sizinlə şəkil çəkdirmək istəyirəm. Dedi çox gözəl olar, mən həmişə zəhmətkeş adamın qədrini bilən adamam. Heydər Əliyev bilirdi ki, zəhmətkeş kimdir. Əməyimə görə mənə Prezident təqaüdçüsü adını vermişdi”.

Qeyd edək ki, sağıcılıqla məşğul olan Şərqiyyə Vəliyeva 12 inəyin hər birindən 4 700 litr sağaraq Sosialist Əməyi Qəhrəmanı adını alıb, dünya üzrə rekord qırıb.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir