DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Cəmiyyət




Sabah bəzi ərazilərdə qaz olmayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Xəzər rayonu, “Buzovna 101” QPM-dən qidalanan “Yuxarı Şağan” xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması və üç tənzimləyicinin hündürlüyə qaldırılması məqsədi ilə 14 may 2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Lütfi Zadə küçəsinin tam olaraq, Xəzər rayonunun isə Şağan qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir