DİN işgaldan azad olunan bölgələrdə çalışan şəxslərə müraciət edib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

DİN işgaldan azad olunan bölgələrdə çalışan şəxslərə müraciət edib.

Böyük Qayıdış proqramının sürətlə reallaşması və işğaldan azad olunan bölgələrin təhlükəsiz vəziyyətə gətirilməsi üçün daxili işlər orqanlarının əməkdaşları fasiləsiz olaraq əzmlə çalışırlar.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bölgədə abadlıq, tikinti, quruculuq işlərinə cəlb edilən şəxslərdən xahiş edirik ki, silah-sursat, partlayıcı maddələrə, şübhəli əşyalara rast gəldikdə, aşkarladıqda DİN-in 102 Zəng Mərkəzinə, yaxud ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat versinlər. Hərbi təyinatlı əşyalara mülki şəxslərin toxunması həyat və sağlamlığa təhlükə yaratmaqla yanaşı, həmin əşyaları götürmək, daşımaq, saxlamaq, başqasına vermək cinayət məsuliyyətinə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, bir daha bölgədə çalışan şəxsləri ictimai təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir