BDYPİ həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət




Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Oxu.Az xəbər verir ki, müraciətdə bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə paytaxtda havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Bu, eləcə də hazırda bölgələrdə müşahidə olunan yağışlı hava şəraiti isə yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında dumanlı və ya çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.

“Həftənin şənbə və bazar günləri, xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərdən əlverişsiz havada daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi məsləhət görürük”, – deyə məlumatda vurğulanıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir