Bakıda zəncirvari qəza tıxaca səbəb oldu – FOTO

Cəmiyyət




Bakının Sabunçu rayonunda zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Zabrat-Balaxanı yolunun kəsişməsində qeydə alınıb.

Belə ki, zəncirvari qəza “Tofaş”, “Khazar”, “Mercedes” və KIA markalı minik avtomobillərinin iştirakı ilə baş verib.

Hadisə nəticəsində “Tofaş” yararsız vəziyyətə düşüb.

Qəzada sözügedən minik avtomobilinin sürücüsü ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Qəza səbəbindən Zabrat yolunda uzun tıxac yaranıb.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir