Bakıda səhər saatlarında iki avtomobil toqquşdu – ANBAAN VİDEO

Cəmiyyət




Səhər saatlarında Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat Xidmətindən bildirilib ki, iki avtomobilin toqquşması ilə nəticələnən qəzada bir ədəd işıqfor dirəyi yararsız hala düşüb.

Qurumun texniki əməkdaşları əraziyə cəlb olunublar və işıqforun yenisi ilə əvəzlənməsi işləri görülür.

NİİM sürücülərin diqqətinə çatdırır ki, yollarda işıqforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman onlar “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsində qeyd olunanları əsas götürərək yollarına davam etməlidirlər.

Həmin görüntüləri təqdim edirik:

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir