Bakıda piyada keçidinin lifti işləmir – VİDEO

Cəmiyyət




Bakının Suraxanı rayonu, Zığ şosesindəki piyada keçidinin lifti işləmir.

Xezerxeber.az-ın məlumatına görə, mövcud vəziyyət daha çox yaşlılara, əlilliyi olan şəxslərə və uşaq arabası olanlara problem yaradır.

Çünki belə olan halda bəzi piyadalar maşın yoluna çıxaraq digər tərəfə keçmək məcburiyyətində qalırlar ki, bu da olduqca təhlükəlidir.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən piyada keçidinin tikintisini həyata keçirən şirkət işi tam təhvil verməyib:

“Bu səbəbdən ərazidəki piyada keçidi istifadə üçün tam hazır deyil. Keçidin üst hissəsinin yanları isə layihədə belə nəzərdə tutulduğu üçün açıqdır”.

Piyada keçidindəki liftlərin işləməməsinə gəlincə, agentlikdən problemin yaxın günlərdə həll olunacağı bildirilib.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir