Bakıda bu həftə hansı mədəni tədbirlər olacaq? – Mədəniyyət AFİŞASI + FOTO

Mədəniyyət




Oxu.Az yaxın günlərdə baş tutacaq tədbirləri bir siyahıya toplayıb. Burada mayın 13-dən mayın 19-dək Azərbaycanın paytaxtında keçiriləcək tamaşalar, konsertlər, sərgilər, film nümayişləri və digər tədbirlərlə tanış ola bilərsiniz.

13 may

Beynəlxalq Muğam Mərkəzində saat 19:00-da unudulmaz tarzən və pedaqoq Həmid Vəkilova həsr olunmuş gecə keçiriləcək.

Biletlərin qiyməti: 5-10 AZN

Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan musiqisi zalında saat 19:00-da Oleq Torsunovun “Tale və özgüvən” seminarı keçiriləcək.

Biletlərin qiyməti: 40-60 AZN

14 may

Beynəlxalq Muğam Mərkəzində saat 19:00-da “Ver sözə ehya” adlı tədbir keçiriləcək.

Proqramda Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Ramiz Mustafayevin əsərləri və müasir işləmələr səslənəcək.

Bədii rəhbər Əməkdar müəllim Təranə Yusifovadır.

Biletlərin qiyməti: 10 AZN

15 may

Beynəlxalq Muğam Mərkəzində saat 19:00-da Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci Fortepiano ixtisası üzrə tələbələrinin Qara Qarayevin fortepiano yaradıcılığına həsr olunmuş “Qara Qarayev illəri keçərək” adlı konserti keçiriləcək.

Biletlərin qiyməti: 5-7 AZN

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da “Şükriyyə” adlı tamaşa nümayiş olunacaq.

Müəllif – Cavid Zeynallı, quruluşçu rejissor – Bəhram Osmanov, rollarda – Münəvvər Əliyeva, Nurəddin Mehdixanlı Əli Nur, Mehriban Xanlarova, Vəfa Rzayeva və başqaları.

Biletlərin qiyməti: 7-12 AZN

16 may

Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan musiqisi zalında saat 19:00-da “Ustadlara ithaf” adlı duet-konsert keçiriləcək. Proqramda J.S.Bax, İ.Xandoşkin, M.Qlinka, F.Şopen, P.Sarasate, N.Rimski-Korsakov, R.Qlier, S.Prokofyev, H.Kunihiko, Q.Qarayev, S.Slonimski, İ.Frolov, F.Qarayev və A.Vedyakovanın əsərləri səslənəcək.

Biletlərin qiyməti: 3-15 AZN

Beynəlxalq Muğam Mərkəzində saat 19:00-da Xalq artisti, bəstəkar Ramiz Mirişlinin 90 illik yubileyinə həsr edilmiş “Azərbaycan Dünyam Mənim” konserti keçiriləcək.

Biletlərin qiyməti: 10 AZN

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da “Aysedora” adlı tamaşa nümayiş olunacaq. Səhnə əsərinin bədii rəhbəri Əliqismət Lalayev, musiqi rəhbəri Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, baletmeysteri Nigar Şahmuradova, musiqi redaktoru Nigar Süleymanovadır.

Biletlərin qiyməti: 8-15 AZN

Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda saat 19:00-da “Kənd namusu” adlı tamaşa nümayiş olunacaq. Libretto müəllifləri Q.Tarconi-Tosetti, Q.Menaşi, bəstəkarı Pyetro Maskanyi, dirijoru Yalçın Adıgözəlovdur.

Biletlərin qiyməti: 12-20 AZN

Şəhriyar Adına Mədəniyyət Mərkəzində saat 19:30-da ƏSA teatrının “Hamlet” tamaşası nümayiş olunacaq. Quruluşçu rejissor Nihad Qulamzadə, rəssam Nübar Hüseynova, musiqi tərtibatı Nicat Qulamdır. Rollarda Elşən Əskərov, İlqar Cahangir, Qasım Nağı, Könül Şahbazova, Elsevər Rəhimov, Amin Əskərov, Səmayə Ağayarovadır.

Biletlərin qiyməti: 10-30 AZN

17 may

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da “Əsrə bərabər gün” tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadədir.

Qeyd edək ki, tamaşa həmçinin 18 və 19 mayda da nümayiş olunacaq.

Biletlərin qiyməti: 8-15 AZN

Azərbaycan Dövlət Rus Dram Teatrında saat 19:00-da “Üç gözəl” tamaşası nümayiş etdiriləcək. Tamaşanın rejissoru Aleksandr Şarovskidir. Rollarda Ayan Mirqasımova, Mələk Abaszadə, Mədinə Mollayevadır.

Biletlərin qiyməti: 15 AZN

“M Teatr”da saat 19:00-da “Vidalaşmadan getməyin” adlı tamaşa oynanılacaq. Tamaşanın müəllif Rövşən Ağayev, quruluşçu rejissoru Vidadi Həsənov, bəstəkarı Vüqar Məmmədzadə, baş rolun ifaçısı Oqtay Mehdiyevdir.

Biletlərin qiyməti: 10 AZN

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00 və 14:00-da “Əlibaba və 40 quldur” adlı tamaşa nümayiş olunacaq.

Biletlərin qiyməti: 5 AZN

18 may

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00, 14:00 və 16:00-da “Oyaq gözəl” adlı tamaşa nümayiş olunacaq.

Biletlərin qiyməti: 5 AZN

Azərbaycan Dövlət Rus Dram Teatrında saat 12:00-da “Düyməcik” adlı tamaşa nümayiş olunacaq.

Biletlərin qiyməti: 5 AZN

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında saat 12:00-da “Tıq-tıq xanım” adlı tamaşa göstəriləcək.

Biletlərin qiyməti: 7-10 AZN

“M Teatr”da saat 19:00-da “Yad qadının məktubu” adlı tamaşa nümayiş olunacaq.

Biletlərin qiyməti: 10-20 AZN

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında saat 19:00-da “Mənim ağ göyərçinim” adlı tamaşa göstəriləcək.

Biletlərin qiyməti: 8-10 AZN

19 may

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında saat 12:00-da “Şirinlər”, saat 19:00-da isə “Müsyö Jordan və dərviş Məstəli şah” adlı tamaşalar göstəriləcək.

Biletlərin qiyməti: 7-10 AZN

Şuşa Dövlət Musiqili Dram Teatrında saat 19:00-da “Solğun Çiçəklər” tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 7-10 AZN

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00, 14:00, 16:00 və 18:00-da “Qoğal” adlı tamaşa nümayiş olunacaq.

Biletlərin qiyməti: 5 AZN

Xanım Aydın

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir