Bakı şəhər DYPİ-nin baş inspektoru ,polis mayoru Araz Əsgərli:Sükan arxasında heç kim özünü aldatmasın!

Azərbaycan Polisi Yol patrul xidməti

Bakı şəhər DYPİ-nin baş inspektoru ,polis mayoru Araz Əsgərli:
Sükan arxasında heç kim özünü aldatmasın!

Gün ərzində Bakı şəhərinin yollarında baş verən qəzaların araşdırılması onu deməyə əsas verir ki sürücülər sürət həddinə düzgün nəzarət etmir. Sanki sükan arxasında olan sürücü yalnız radarların və digər texniki qurğuların olduğu yerlərdə məsuliyyətini qəbul edir bu da aydındır ki inzibati protokoldan yayınmaq məqsədini güdür əks halda isə surət rejimini, digər qayda pozuntularını heçə sayaraq piyadalara, eləcədə yollardakı digər nəqliyyat vasitələrini idarə edən bütün hərəkət iştirakçılarına ciddi təhlükə yaradır. Nədənsə bəzi sürücülər qanunun tələbini onun mahiyyəti üzrə dürüst formada qəbul edib təhlükəsizliyi təmin etmək əvəzinə sanki özlərini aldatmağı və bu təhlükəli davranışları yalan üzərində qurmağı üstün tutur. Hesab edir ki polisi və özünü aldatdısa deməli sonu qeyri müəyyən olan məqsədinə çatdı. Yol hərəkəti qayda pozuntularının isə əsasını təşkil edən məhz surət həddini aşmaqdır ki bu isə hər gün kiminin malına, kiminin sağlamlığına, kiminin isə həyatına son qoyur. Cərimələrdən yayınmaq təfəkkürü ilə yaşamaq isə məsuliyyətdən azad olmaq deyil. Ən böyük məsuliyyət özünə və ətrafa qarşı münasibətdə, şüurunda, vərdişində və nəticədə həyat tərzində köklü dəyişiklik etməkdir. Sükan arxasında heç kim özünü aldadıb sonrakı peşmançılıqlarına təsəlli vermək üçün qəza və qədər kimi sözlərlə məsuliyyətsizliyinə bəhanələr uydurub özünə təskinlik, qurbanlarına isə təsəlli kimi sonrakı peşmançılğını təqdim etməyə çalışmasın çünki bəzi hadisələr qəza yox seçimdir. Seçim isə hər kəsin öz əlindədir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir