Azərbaycan XİN Əfqanıstana və Braziliyaya başsağlığı ünvanlayıb – FOTO

Siyasət




Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstana və Braziliyaya başsağlığı ünvanlayıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım edilib.

“Əfqanıstanda baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirdi. Bu fəlakətdə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”, – deyə XİN qeyd edib.

“Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik”, – deyə paylaşımda bildirilib.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir