“Azərbaycanla Tacikistanın etibarlı tərəfdaşlığı uğurla inkişaf edir” – Millət vəkili

Cəmiyyət

“Azərbaycanla Tacikistan arasında münasibətlərin əsası birgə yaşadığımız sovetlər birliyi dövrünə aid olsa da, sıx əlaqələr sözsüz ki, müstəqillik dövrünə təsadüf edir. Ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətlərinin mühüm əhəmiyyəti olub”.

Bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri zamanı əlaqədar səsləndirdiyi bəyanata münasibət bildirərkən söyləyib.

Millət vəkilinin sözlərinə görə hazırda Azərbaycanla Tacikistan arasında dövlətlərarası münasibətlərlər ən yüksək səviyyəyə çatıb: “İki ölkə lideri tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi münasibətlərimizi tənzimləyən mühüm tarixi sənəddir. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı Azərbaycala Taciksitan arasında çox sayda sənədlər imzalanıb ki, bu sənədlərin işibirliyinin inkişafına və əlaqələrin möhkəmlənməsinə təkan verəcək”

A.Məmmədov bildirib ki, iki ölkə arasında münasibətlər həmçinin, parlamentlər səviyyəsində də uğurla inkişaf: “Hazırda Azərbaycan Milli Məclisində və Tacikistan Ali Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu effektiv fəaliyyət göstərir. İnanırıq ki, Tacikistan Prezidenti Emoməli Rəhmonovun Azərbaycana son səfəri etibarlı tərəfdaşlığımıza yeni töhfələr verəcək”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir