Azərbaycandan 77 nəfər dünyanın ən nüfuzlu universitetlərinə qəbul olub – Nazir AÇIQLADI

Cəmiyyət




“Xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində dünyanın ən qabaqcıl universitetlərinə qəbul olunan yerli tələbələrin sayında xeyli artım var”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırma mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev deyib

O bildirib ki, 220 nəfər sənəd verən Azərbaycan vətəndaşından 77-si dünyanın top-10 universitetinə daxil olub.

“Dünyanın tanınmış universitetlərinə – Harvard və digər nüfuzlu ali təhsil müəssisələrinə tam təqaüdlə qəbul olan tələbələr və məzunlarımız var. Nazirliyin qarşısında duran ən önəmli iş Azərbaycan vətəndaşı olan yeni nəsil gənclərin uğurlu yetişdirilməsidir”.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir