Azərbaycan və Ukrayna XİN başçıları əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar – FOTO

Siyasət




Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.

Oxu.Az xəbər verir ki, bu barədə ukraynalı diplomat sosial şəbəkədə məlumat verib.

“Telefon danışığımız zamanı Ceyhun Bayramovla Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd etdik. Azərbaycana humanitar yardıma görə təşəkkür etdim. Həmkarımı Rusiyanın Ukraynanın mülki və enerji infrastrukturuna zərbələri barədə də məlumatlandırdım. Biz gələcək ikitərəfli təmasları əlaqələndirdik”, – deyə o yazıb.

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir