Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib – FOTO

Siyasət




Azərbaycan Respublikasının müdafiə nazirinin müavini, baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyanın Bratislava şəhərində keçirilən “IDEB 2024” beynəlxalq sərgisində iştirak edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Sərgidə A.Qurbanov Slovakiya Respublikasının baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir