Aygün Kazımova finaldan öncə çıxış edəcək

Cəmiyyət




Azərbaycanın Xalq artisti Aygün Kazımova kubokun final görüşündə konsert proqramı ilə çıxış edəcək.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat Xidməti Oxu.Az-a məlumat verib.

“Zirə” və “Qarabağ” klubları arasında keçiriləcək final görüşündən öncə Xalq artisti Aygün Kazımova konsert proqramı ilə azarkeşləri salamlayacaq.

PFL-in rəsmiləri Azərbaycan Kubokunun final görüşünün rəngarəng alınması üçün çalışdıqlarını bildiriblər.

Qeyd edək ki, “Zirə” – “Qarabağ” matçı iyunun 2-də baş tutacaq.

Anar Həsənov

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir