Anar Ağayev: “Finaldan gözləntilərim ancaq qələbədir”

Cəmiyyət




“Finaldan gözləntilərim ancaq qələbədir”.

Oxu.Az xəbər verir ki, bunu Moskvada keçirilən “Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış etmiş Anar Ağayev jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

“Böyük bir sevinc hissi ilə bu məlumatı sizinlə paylaşıram. “Yeni dalğa” müsabiqəsinin finalçıları arasında yer tutmuşam. Bu mənim üçün böyük bir nailiyyətdir. Ümumilikdə minə yaxın ərizə verilmişdi. Seçilmiş 13 finalçıdan biri olmaq mənə nəsib oldu. Bu, qürurverici bir hissdir”, – deyə o bildirib.

A.Ağayev vurğulayıb ki, yarımfinalda Mikayıl Vəkilovun mahnılarını səsləndirib:

“Düşünürəm ki, bu, Azərbaycan musiqisi üçün mühümdür, çünki beynəlxalq arenada məhz öz bəstəkarlarımızın mahnıları səslənir. Azərbaycan musiqisini bütün dünyada tanıtdırmaq üçün əlimdən gələni edəcəyəm”.

Xatırladaq ki, Moskvada keçirilən gənc populyar musiqi ifaçılarının Beynəlxalq “Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış edən azərbaycanlı müğənni Anar Ağayev Vətənə qayıdıb.

Qeyd edək ki, Anar Ağayev “Bakı Payızı 2023” milli musiqi müsabiqəsinin qalibidir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir