Almaniyada solçu radikallar “Tesla” zavoduna hücum ediblər – VİDEO

Dünya




Solçu radikallar Berlin yaxınlığındakı “Tesla” zavoduna hücum ediblər.

Məlumata görə, onlar müəssisənin genişlənməsinə qarşı çıxırlar.

Polis təxribatdan qorxur, çünki etirazçılara əvvəllər transformator köşkünün yandırılmasına görə məsuliyyəti öz üzərinə götürən “Vulkan” qrupu dəstək verir.

Radikallar “Tesla”nın planlaşdırdığı istehsalı genişləndirməsindən ötrü 100 hektardan çox meşə ağaclarının kəsiləcəyindən narazıdırlar.

Mənbə: RIA Novosti

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir