Ağdərədə sümük fraqmentləri aşkarlandı

Müharibə




Ağdərədə sümük fraqmentləri aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, işğaldan azad olunmuş Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində mayın 5-də yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

Fakt üzrə Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir