32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir – VİDEO

Cəmiyyət




32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Şəki rayonun Aşağı Kəldək sakini Aybəniz Məsimova sosial müavinət ala bilmir.

Onun sözlərinə görə, həyat yoldaşından geri qalan nikah müqaviləsi sosial müavinət almaqda problem yaradır. “Ünvanlı sosial yardım üçün müraciət edəndə məndən sənədlərin qəbuluna görə  boşanma haqqında və ya həyat yoldaşımın ölümünü təsdiqləyən sənəd tələb edirlər”.

Məsələ ilə bağlı vəkil Emil Aslanov bildirib ki, vətəndaş nikahın qüvvədən düşməsini istəyirsə, qarşı tərəf olmadığı halda da məhkəməyə müraciət edə bilər:

“Ancaq bu halda bir qədər gözləməli olacaq”.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu qısa müddət ərzində Aybəniz Məsimova ilə əlaqə saxlayaraq problemin həlli üçün işlər görüləcəyini bildirib.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir