1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü geniş şəkildə qeyd edilib

Sosial Tədbirlər

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü geniş şəkildə qeyd edilib.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xaçmaz şəhərindəki Zəfər Parkı xüsusi zövqlə bəzədilib. Bayram tədbirində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Çoşqun Əliyev, hüquq-mühafizə
orqanlarının rəhbərləri, şəhid ailələri, qəhrəman oğullarımızın yadıgar övladları, təhsil ocaqlarının kollektivləri iştirak ediblər.
Tədbir iştirakçıları parkı gəzərək Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının, o cümlədən ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanan müxtəlif əl işlərindən ibarət sərgiyə və güşəyə baxış keçiriblər. Nümayiş etdirilən rəsm əsərləri və uşaqların vətənpərvərlik mövzusunda hazırladığı ədəbi kompozisiyalar, müxtəlif səhnəçikləri, iştirakçılar tərəfindən maraqla izlənilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev uşaqları bayram münasibətilə təbrik edib, xoş arzularını çatıdırb. İcra başçısı şəhid ailələri və övladları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, xatirə şəkili çəkdirib.
Tədbirdə məktəbəqədər təhsil müəssisələrinin hazırladığı rəngarəng bayram proqramı, nağıl qəhrəmanlarının və personajların maraqlı çıxışları uşaqların bayram sevincinə sevinc qatıb.
Bayram şənliyində Şəhid övladlarına hədiyyələr təqdim olunub.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Elşən Əliyev

102-ci qəzetin bölgə redaktoru.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir