Zərdabda qəza: Ölən var

Cəmiyyət

Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, ”Mercedes” markalı avtomaşınla VAZ-2106 markalı avtomaşının toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib. Hadisədə ölən şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir