Şamaxının Çıraqlı kənd sakinləri illərdir susuz qalıblar – VİDEO

Cəmiyyət




Şamaxının Çıraqlı kəndinin sakinləri illərdir susuzluq və yolsuzluq problemindən əziyyət çəkirlər.

Kənddəki artezian quyusunun işləmədiyini deyən sakinlərin sözlərinə görə, su ilə bağlı çətinlikləri yay aylarında daha da artır. 

“Suyu ya çaydan gətiririk, ya da alırıq. Bir də yağışın gücünə dolanırıq. Şəraitsizliyə görə cavanlar kənddən gedirlər”, – deyə onlar narazılıq bildiriblər.

Sakinlər Çıraqlının yollarının bərbad halda olmasından da şikayətçidirlər:

“Xəstələnəndə təcili yardıma zəng edirik, yolun vəziyyətinə görə gəlmir. Harasa gedəndə taksi sifariş edirik, 20-30 manata aparıb-gətirir”.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir