Şəki Dövlət Yol Polisi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Azərbaycan Polisi Yol patrul xidməti

Şəki Dövlət Yol Polisi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

“Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda növbəti tədbir 2024-cü il Aprelin 3-də Heydər Əliyev adına Şəki rayonu, Kiş kənd 1 nömrəli tam orta məktəbində keçirilib.

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi polis baş leytenantı Tural Niftalıyev, piyadanın vəzifələri barədə ətraflı məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıb.

Tədbirin yekununda Heydər Əliyev adına Şəki rayonu, Kiş kənd 1 nömrəli tam orta məktəb kollektivi maarifləndirici tədbirin keçirilməsinə görə Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi polis baş leytenantı Tural Niftalıyevə minnətdarlıq bildiriblər. Daha sonra, məktəbin önündə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış Büstün qarşısında xatirə şəkli çəkdirilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir