Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq

Cəmiyyət




Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır.

Baku.ws xəbər verir ki, yeni parklar paytaxtın altı istiqamətində salınacaq.

Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklarda müxtəlif növ ağaclar, gül və kol bitkilərinin əkilməsi ilə yanaşı, müasir işıqlandırma sistemlərinin quraşdırılması da nəzərdə tutulur.

Baş Plana əsasən, sənədin icra mərhələləri çərçivəsində Dənizkənarı Milli Parkın Zığ istiqamətində uzadılması, metronun “28 May” stansiyası və Lökbatan ərazisində hibrid dəhlizlər daxilində yaşıllıqların, Böyükşor gölü ətrafında meşə-parkın, Xocasən ərazisində mühafizə olunan təbiət parkının salınması, Bülbülə və Zığ göllərinin təmizlənərək rekreasiya zonalarının yaradılması planlaşdırılır.

Yeni parkların salınmasının 2030-cu ilədək yekunlaşması nəzərdə tutulub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir