Mikayıl Cabbarov Slovakiyanın baş nazirinin müavini ilə görüşdü – FOTO

Siyasət




Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyaya səfəri zamanı həmin ölkənin baş nazirinin müavini ilə görüşüb.

Bu barədə nazir “X” sosial hesabında paylaşım edib.

“Slovakiyaya səfərimiz çərçivəsində bu ölkənin baş nazirinin müavini, iqtisadiyyat naziri xanım Denisa Sakova ilə ikitərəfli biznes tərəfdaşlığının gündəliyini müzakirə etdik:

– Ticarət dövriyyəsinin artırılması;

– Qarşılıqlı investisiyaların təşviqi;

– Energetika, aqrar sektor, turizm, sənaye və innovasiyalar sahələrində təşəbbüslərin dəstəklənməsi”, – deyə nazir qeyd edib.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir