İdman zalının kassasını talayaraq 12 min manat ələ keçirən mühafizəçi saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib. Obyektin sahibi Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib. Araşdırmalarla pulun idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub. Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilib. Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib. E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir