Fransanı Avropa Parlamentində təmsil edən deputat: “Makronun nüfuzu kəskin enəcək”

Dünya

“Fransa dövlətinin maliyyə sistemi faciəvi vəziyyətdədir”.

Bu barədə Fransanı Avropa Parlamentində təmsil edən Cefroy Didye Avropa Komissiyasına müraciəti zamanı deyib.

“Fransa 2017-ci ildən bəri əlavə 900 milyard avro borc toplayıb, Parisin dövlət büdcə kəsiri 2023-cü ildə ümumi daxili məhsulun (ÜDM) ən azı 4,9%-nə çatıb və ölkənin borc yükü 2024-cü ildə 57 milyard avroya yüksələcək”, – deyə Cefroy Didye qeyd edib.

Avropa Parlamentinin deputatı bildirib ki “Moody’s”, “Standard & Poor’s” kimi beynəlxalq reytinq agentlikləri ölkənin iqtisadi və maliyyə göstəricilərini aşağı salsa, Fransa Prezidenti Emmanuel Makronun, eləcə də onun hökumətinin nüfuzu kəskin enəcək.

Mənbə: Lenta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir