Daha bir “Matrix” çəkiləcək

Dünya

Hollivudun “Warner Bros” kinostudiyası yeni “Matrix” filmi üzərində işləyir. Filmin ssenaristi və rejissoru Dryu Qoddarddır. Layihənin icraçı prodüseri Lana Vaçovski olacaq.

Franşizanın əsas ulduzları – Kianu Rivz, Kerri En-Moss və Lorens Fişbörnün öz rollarına qayıdıb-qayıtmayacağı hələlik məlum deyil.

Süjetin təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, “Matrix” filminin ilk hissəsi 1999-cu ildə buraxılıb və dörd “Oskar” qazanıb. 2003-cü ildə klassik trilogiyanı tamamlayan daha iki film ortaya çıxıb. Franşizanın ilk üç filmi qlobal kassada 1,6 milyard dollardan çox gəlir əldə edib.

Mənbə: daily.afisha

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir