Cəlilabadda 11 yaşlı uşağı maşın vurub

Cəmiyyət

Cəlilabadda minik avtomobili piyadanı vurub.

APA-nın məlumata görə, hadisə rayonun Novrizalı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 markalı minik maşını 2013-cü il təvəllüdlü A.Ağayevi vurub.

Ağır xəsarət alan yeniyetmə təcili tibbi yardım vasitəsi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər ona qapalı kəllə-beyin travması diaqnozu qoyub.

Hazırda onun müalicəsi reansimasiya şöbəsində davam etdirilir, vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı müvafiq qrumların araşdırması aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir