Piyada təhlükəsizliyi həftəliyi çərçivəsində Baş DYP İdarəsi tərəfindən məktəblilərlə tədbirlər həyata keçirilir.
Piyada təhlükəsizliyi həftəliyi çərçivəsində Baş DYP İdarəsi Göygöl Rayon Polis İdarəsinin DYP bölməsinin əməkdaşları ilə birgə Göygöl şəhər 1 saylı tam orta məktəbində “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək” mövzulu tədbir təşkil etmişdir.
Tədbirdə yol hərəkəti qaydaları ilə bağlı müxtəlif səhnələr təşkil edilmiş, əməkdaşlarımız tərəfindən məktəbli uşaqlara mövzu ətrafında ərraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Sonda tədbir iştirakçılarına müxtəlif hədiyyələr və sertifikatlar təqdim edilmişdir.
www.102info.az