Balakəndə avtomobil azyaşlını vuraraq öldürüb

Cəmiyyət

Aprelin 5-də saat 13 radələrində Balakən rayonunun Şərif kəndində Şamil Horcolov idarə etdiyi QAZ-24 markalı avtomobillə piyada, 2016-cı il təvəllüdlü S.Abdullayevanı vurub.

Bu barədə Daxili İşlər Nazirliyinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir